Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

İyulun 3-də Bakının Nərimanov rayonunda yıxlaraq dünyasını dəyişən 79 yaşlı şəxs tanınmış alim imiş.

Musavat.com “unikal.az”a istinadla xəbər verir ki, 1947-ci il təvəllüdlü Əmralı Şirəliyev Azərbaycan Dillər Universitetinin (ADU) sabiq kafedra müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent olub.

O, 1970-ci illərdən etibarən təxminən 50 ildən çox bir müddətdə Azərbaycan Dillər Universitetində çalışıb.

Qeyd edək ki, əslən Şamaxının Çarhan kəndindən olan Əmralı Şirəliyev evində ehtiyatsızlıqdan yıxılaraq vəfat edib.

08.07.2026 22:43
2020