Yollar buz bağlayacaq- Xəbərdarlıq

Azərbaycanın rayonlarında dekabrın 29-u axşamdan 30-u səhərədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Musavat.com xəbər verir ki, bununla bağlı Milli Hidrometeorogiya Xidməti məlumat yayıb.

Bildirilib ki, gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.

29.12.2025 15:23
712