Zaqatalada kişi meyiti aşkarlandı

Zaqatalada kişi meyit tapılıb.

Məlumata görə, hadisə səhər saatlarında rayonun Danaçı kəndində baş verib.

Kənd sakini 77 yaşlı İbrahim Əhməd oğlu Babayevin meyiti yaxınları tərəfindən aşkarlanıb.

Hadisə yerindən maddi sübut kimi ov tüfəngi götürülüb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.//APA

17.09.2026 10:10
1039