Zelenski ilə görüşdən əvvəl qolf oynamağa GETDİ

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə görüşməzdən əvvəl qolf oynamağa gedib.

Musavat.com xəbər verir ki, bu barədə BİLD nəşri məlumat yayıb.

Bildirilir ki, ABŞ lideri Mar-a-Laqo malikanəsindən Palm Biçdəki qolf meydançasına gedib.

Nəşr Trampın qolf oynayaraq məyusluğunu aradan qaldırmaq istədiyini yazır. 

Musavat.com

28.12.2025 19:13
595