Zelenskidən Trampın elçilərinə MARAQLI HƏDİYYƏ - FOTO

Ukrayna lideri Volodimir Zelenski Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Kuşnerə ilk səfərlərindən sonra üzərində "Kiyev rejimi" yazılmış köynəklər hədiyyə edib.

Musavat.com xəbər verir ki, bu, bir gün əvvəl Moskvada həmin nümayəndələrlə görüşərkən Ukrayna hökumətini təsvir etmək üçün məhz bu ifadədən istifadə edən Rusiya prezidenti Vladimir Putinə qarşı bir isteza idi.

Ukraynalı müzakirəçi David Araxamiya görüşə bu köynəklə gəlib.

Musavat.com

07.09.2026 03:00
1509