Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Muğla vilayətinin Milas rayonunda ilginc olay baş verib. 10 milyon lirə xərclənərək 3 gün 3 gecə davam edən toy mərasimindən sonra Özbəkistan vətəndaşı olan gəlin 5 milyon lirə dəyərində qızıl-zinət əşyaları ilə birlikdə yoxa çıxıb.
Musavat.com bildirir ki, Milas rayonunun Çomakdağ Kızılağaç məhəlləsində yaşayan Mustafa Ateşoğlu Özbəkistan vətəndaşı Mamura Burkhanova ilə ailə həyatı qurub.
Toy xüsusilə gecə saatlarında keçirilən güləş yarışları ilə diqqət çəkib.

Lakin nağıl kimi keçən toyun səhəri günü Ateşoğlu ailəsi şok yaşayıb. Ailə gəlinin evdə olmadığını fərq etdikdən sonra toyda taxılan təxminən 4-5 milyon lirə dəyərində qızıl və digər zinət əşyalarının da yoxa çıxdığını müəyyən edib.
Ateşoğlu ailəsinin Milas Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etməsindən sonra polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Qısa müddət ərzində saxlanılan Özbəkistan vətəndaşı gəlin polisə verdiyi ilk ifadəsində ona qarşı irəli sürülən ittihamları rədd edib.

Burkhanova ifadəsində həyat yoldaşından davamlı olaraq təhdid və təhqirlər gördüyünü, bu səbəbdən qorxaraq anasının evinə getdiyini bildirib. O, özü ilə yalnız 20 ədəd qızıl və 226 min türk lirəsi götürdüyünü bildirib. Qalan milyonlarla lirə dəyərində qızıl-zinət əşyalarının qayınatasında olduğunu iddia edib.
Şübhəlinin saxlanıldığı ünvanda qızıl və zinət əşyaları aşkarlanmayıb.
Polis əməkdaşları milyonlarla lirə dəyərində olduğu bildirilən zinət əşyalarının taleyini müəyyənləşdirmək və hadisənin təfərrüatlarını üzə çıxarmaq üçün araşdırmanı davam etdirirlər.
Musavat.com
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ