İnsanlara hürriyət, millətlərə istiqlal!

Abovyan “məxməri türk aşiqləri”ndən YAZDI 

“Ermənistan parlamentində hökumət nümayəndələrinin çıxışlarına münasibət bildirməyəcəyəm”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə siyasi şərhçi Arman Abovyan öz teleqram kanalında yazıb.

“Mən tarixçi deyiləm, kartoqraf deyiləm, psixiatr da deyiləm. Onu bilirəm ki, “məxməri türk aşiqləri” (Paşinyan və komandasını nəzərdə tutur - red.) gələnə qədər mənim iki “ölkəm” var idi, indi yalnız Ermənistan qalıb. İndi onu da parça-parça edir, suverenlikdən məhrum edir, müstəqilliyinə təcavüz edir, insanların ümidini qırırlar.

Bununla belə, Corc Oruell məxməri avantüristlərin, əclafların, manqurtların və sadəcə olaraq “təsadüfi insanların” ermənilərə etdikləri ilə müqayisədə “yaxşı fantaziyaları” olan bir oğlandır. İndi həmin hakimiyyət öz kilsəsi ilə savaşmağa başlayıb”, - deyə revanşist ekspert qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR