Onlayn ictimai-siyasi qəzet
Dizel yanacağının qiymətinin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, ABŞ hökumətinin onun ixracını məhdudlaşdırmaq planı yoxdur.
Musavat.com xəbər verir ki, bunu "Financial Times" qəzetinə Ağ Ev rəsmisi deyib: "Administrasiya hazırda ixracı qadağan etməyi və ya məhdudlaşdırmağı düşünmür".
Qeyd edək ki, bundan əvvəl bir neçə ABŞ qanunvericisi Vaşinqton administrasiyasını bu cür tədbirlər görməyə çağırıb. Senatın Məhkəmə Komitəsinin sədri Çak Qrasli (Ayova ştatından Respublikaçı) verdiyi açıqlamada ABŞ fermerlərinin kənd təsərrüfatı texnikalarını işlətmək üçün istifadə edilən dizel yanacağının yüksək qiyməti səbəbindən mənfəət itirdiyini bildirib. O, hökumətin onun ixracına "embarqo qoymasını" təklif edib. Nümayəndələr Palatasının üzvü Eşli Hinson (Ayova ştatından Respublikaçı) və Luiziana qubernatoru Ceff Lendri də bu növ yanacağın ABŞ-dan ixracını müvəqqəti olaraq dayandırmağa çağırıblar.
Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, 21 sentyabrda ABŞ-da dizel yanacağının orta qiyməti qallon(3,79 litr) üçün təxminən 6,51 dollar olub ki, bu da rekord göstəricidir. Bir həftə əvvəl orta qiymət qallon üçün 6,23 dollara çatmışdı, bir ay əvvəl isə 5,58 dollar idi.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ