İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ məxfi xidməti Vens ailəsindən narazıdır

ABŞ məxfi xidmət agentləri vitse-prezident  Ceyms Devid Vensin ailəsinin təhlükəsizliklərinə ayrılan dövlət resurslarını xərcləməsindən narazıdırlar.


Musavat.com xəbər verir ki, məlumatı MS Now televiziya kanalı mənbələrə istinadən yayıb. Qeyd olunduğuna görə, narahatlığın son mənbələrindən biri 9 iyulda Vensin kiçik oğlunu qolf meydançasına daşımaq üçün hərbi helikopterdən istifadə etmək qərarı olub. Vens uşağını müşayiət etməyi planlaşdırırdı və MS Now-a görə, helikopterAmerika vergi ödəyicilərinə saatda 16.000 ilə 24.600 dollar arasında başa gələcəkdi. "Bu, absurddur. Keçmiş vitse-prezidentlər Mayk Pens və Kəmala Harris bunu heç vaxt etməyiblər", - deyə uçuşun təşkili ilə tanış olan mənbə kanala bildirib. Güclü külək və ildırım səbəbindən uçuşun son anda ləğv edildiyi bildirilir.

Kanalın mənbələrinə görə, məxfi xidmət agentləri arasında narazılıq artır və onlar Vens və həyat yoldaşı Uşanın tez-tez səyahət planları barədə son anda təhlükəsizlik orqanlarına məlumat verməsindən beziblər. Bəzi agentlər hesab edirlər ki, əvvəlki vitse-prezidentlərlə müqayisədə Vens hökumət resurslarından yersiz və hətta görünməmiş şəkildə istifadə edir.

Son illərdə ABŞ Daxili Təhlükəsizlik Departamentinin nəzdində fəaliyyət göstərən məxfi xidmət, əsasən, ABŞ ərazisində ölkənin ali rəhbərliyini və xarici liderləri qoruyur. 2003-cü ilə qədər federal hüquq-mühafizə orqanı statusuna malik olan bu kəşfiyyat orqanı ABŞ Maliyyə Nazirliyinin bir hissəsi idi. Bu, onun 1865-ci ildə ABŞ valyutasının saxtalaşdırılmasına qarşı mübarizə aparmaq üçün təsis edilməsi ilə izah olunurdu, lakin o vaxtdan bəri onun məsuliyyətləri xeyli genişləndirilib.

Daha əvvəl Amerika mediası Federal Təhqiqat Bürosunun direktoru Kaş Patelin şəxsi məqsədlər üçün təyyarələr də daxil olmaqla rəsmi nəqliyyat vasitələrindən həddindən artıq istifadə etdiyini bildirmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR