İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-İsrail hücumundan əvvəl İran təyyarələrini bu ölkələrə göndəribmiş

Fevral ayında İran hərbi və mülki təyyarələrini ABŞ-İsrail zərbələrindən qorumaq üçün Pakistan və Əfqanıstana köçürübmüş.

Musavat.com xəbər verir ki, məlumatı "CBS News" mənbələrə istinadən yayıb.

Kanalın məlumatına görə, İran hərbi təyyarələri Pakistanın İslamabadın cənubundakı Nur Xan Hərbi Hava Qüvvələri Bazasına yerləşdirilib.

Kanalın mənbələri, kəşfiyyat missiyaları üçün dəyişdirilmiş İranın RC-130 - C-130 hərbi nəqliyyat təyyarəsinin də orada yerləşdirildiyini bildirib.

Kanalın mənbələrinə görə, hərbi əməliyyatların başlamasından bir müddət əvvəl İranın "Mahan Air" aviaşirkəti bir neçə təyyarəsini Kabilə köçürmüşdü və onlar İran hava məkanının bağlanmasından sonra orada qalmışdılar. Lakin Pakistan və Əfqanıstan arasında gedən döyüşlər səbəbindən bu təyyarələr tezliklə  Əfqanıstanın İranla sərhəddə yerləşənHerat hava limanına köçürülüb.

Taliban hökumətinin sözçüsü Zəbihullah Mücahid CBS News-a verdiyi şərhdə bu məlumatı təkzib edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR