Onlayn ictimai-siyasi qəzet
Kaliforniyanın Şimal Dairə Məhkəməsi Pentaqonun Anthropic şirkətini ABŞ təchizat zəncirləri üçün təhdid elan edən qərarının qanunsuz olmasına dair qərar qəbul edib.
Musavat.com xəbər verir ki, işə baxan hakim Rita Linin qərarına əsasən, Pentaqon rəhbəri Pit Heqsetin şirkətlə bağlı qərarla öz səlahiyyətlərini aşdığı qərarına gəlib: "Təchizat zəncirinin təhdid təyin edilməsinin əsassız olduğu və qanuni səlahiyyətlərini aşdığı qənaətinə gəlinib”.
Məhkəmə qərarında qeyd olunur ki, Pentaqon rəhbəri Pit Heqsetin "bütün podratçıların, təchizatçıların və ABŞ ordusunun tərəfdaşlarının Anthropic ilə ticarət etməsini" qadağan edən əmrinin müddəaları əsassızdır və səlahiyyətlərini aşır".
Anthropic 2021-ci ildə keçmiş OpenAI işçiləri tərəfindən təsis edilib və tezliklə süni intellekt inkişafı sahəsində aparıcı oyunçuya çevrilib. Şirkət özünü "etik süni intellekt"in inkişaf etdiricisi kimi təqdim edir və neyron şəbəkələrinin təhlükəsizliyinə xüsusi diqqət yetirir. Anthropic ilk çatbotu olan Claude-ı 2023-cü ilin mart ayında buraxıb.
2026-cı ilin mart ayında ABŞ Müdafiə Nazirliyi Anthropic-i təchizat zənciri üçün təhdid elan edib. Münaqişə Pentaqonun Anthropic-in süni intellektlə işləyən məhsullarından "bütün qanuni məqsədlər üçün" istifadə etmək istəyindən qaynaqlanıb. Anthropic rəhbərliyi Pentaqona bu imkanları verməkdən imtina edərək iki istisna tələb edib: onlardan daxili kütləvi nəzarət üçün istifadə etməmək və ölümcül muxtar silah sistemləri (döyüş robotları) yaratmamaq.
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ