Onlayn ictimai-siyasi qəzet
ABŞ ordusu Meksika sərhədi yaxınlığında Meksika narkotik kartellərinə mıxsus 3 dronunu vurmaq üçün lazer silahlarından istifadə edib.
Musavat.com xəbər verir ki, məlumatı Reuters ABŞ rəsmilərinə istinadən yayıb. Bildirilir ki, Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı və ABŞ Şimal Komandanlığı AMP-HEL çoxmissiyalı lazer sisteminin istifadəsinə başlayıb. Əməliyyatın yeri açıqlanmayıb və Reuters dronların ABŞ və ya Meksika ərazisi üzərində vurulub-vurulmadığını müəyyən edə bilməyib.
ABŞ ordusunun açıqlamasına görə, dronlar ABŞ qoşunları, Gömrük və Sərhəd Mühafizəsi personalı üçün "fiziki təhlükə" yaradıb.
Musavat.com
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ