İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ prezidenti o olacaq? - Ərinin 2028-ci il planlarından DANIŞDI

ABŞ vitse-prezidenti Ceyms Devid Vensin həyat yoldaşı Uşa Vens onun 2028-ci ildə prezidentliyə namizəd olmaq ehtimalı ilə bağlı açıqlama verib.

Musavat.com xəbər verir ki, Uşa Vens ərinin gələcək siyasi planlarından danışarkən onun qəbul edəcəyi qərarı dəstəkləyəcəyini bildirib.

“Nə qərar verirsə versin, əgər bunun onun üçün doğru olduğunu düşünürsə, əlimizdən gələni edəcəyik və bundan maksimum yararlanmağa çalışacağıq”, – deyə Uşa Vens bildirib.

O, Ceyms Devid Vensin özü üçün hansı qərarın doğru olduğunu bildiyini və ailəsinin də bu qərarda onun yanında olacağını vurğulayıb.

Qeyd edək ki, Ceyms Devid Vensin adı 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkiləri ilə bağlı mümkün namizədlər arasında hallanır. Onun seçkidə iştirak edib-etməyəcəyi ilə bağlı hələlik yekun qərar açıqlanmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR