Onlayn ictimai-siyasi qəzet
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına təxminən 5,75 milyard dollar dəyərində tank mühərriklərinin, hava bombalarının, dəqiq idarə olunan raket sistemlərinin və digər sistemlərin mümkün satışını təsdiqləyib.
Musavat.com ABŞ Dövlət Departamentinin saytında dərc olunmuş açıqlamaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı ABŞ-dan 5000 ədəd BLU-111 bombası, 5000 ədəd BLU-117 bombası, təxminən 10.000 ədəd Birgə Birbaşa Hücum Sursatı (JDAM) dəqiq idarə olunan raket sistemi və digər materialların alınması üçün təsdiq istəyib.
Ər-Riyad həmçinin 750 milyon dollar dəyərində 60 ədəd AGT-1500 tank mühərriki istəyib. Dövlət Departamenti "potensial satışı təsdiqləmək qərarı verib".
Musavat.com
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ