Onlayn ictimai-siyasi qəzet
İran tərəfi ABŞ ilə müharibənin dayandırılmasına dair aparılan danışıqlarda Vaşinqtonun Tehrana qarşı irəli sürdüyü əsas tələblərin detallarını açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə "Fars" agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton Tehrana beş əsas şərt irəli sürüb:
Hər hansı bir təzminatın ödənilməsindən imtina edilməsi;
400 kiloqram zənginləşdirilmiş uranın ABŞ-yə çıxarılması;
İranın nüvə obyektlərindən yalnız bir kompleksinin işlək vəziyyətdə saxlanılması;
İranın dondurulmuş aktivlərinin hətta 25%-nin belə geri qaytarılmasından imtina edilməsi;
Bütün cəbhələrdə müharibənin dayandırılması məsələsinin yalnız danışıqlar prosesi zamanı həll olunması.
Buna cavab olaraq isə rəsmi Tehran danışıqların davam etdirilməsi üçün özünün beş ilkin şərtini irəli sürüb və bu tələblərin yerinə yetirilməsində israrlıdır:
Bütün cəbhələrdə (o cümlədən Livanda) müharibənin dayandırılması;
Sanksiyaların tamamilə ləğv edilməsi;
Dondurulmuş aktivlərin blokdan çıxarılması;
Dəymiş ziyanın kompensasiya olunması;
Hömüz boğazı üzərində İranın suverenliyinin tanınması.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ