İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Venesuealaya hərbi təyyarə və gəmilər göndərdi

ABŞ Cənub Komandanlığı Venesuelaya ən azı iki gəmi, eləcə də nəqliyyat təyyarəsi göndərib.

Musavat.com komandanlığın açıqlamasına istinadən xəbər verir ki, məqsəd zəlzələnin nəticələrinin aradan qaldırılmasına yardım etməkdir: "ABŞ Cənub Komandanlığının komandanı general Francis Donovan əməliyyata əhəmiyyətli qüvvələr, o cümlədən USS Fort Lauderdale amfibiya nəqliyyat gəmisi və USS Billings sahil döyüş gəmisi cəlb edib. C-17 Globemaster və C-130 Hercules nəqliyyat təyyarələri, kəşfiyyat platformaları və helikopterlər də cəlb olunacaq".

Komandanlığa əsasən, bu qüvvələr ABŞ hökumət heyətinə, axtarış-xilasetmə qruplarına və zərəri qiymətləndirən, qurbanları axtaran və vacib yardım göstərən qurumlararası tərəfdaşlara nəqliyyat və dəstək təmin edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR