İnsanlara hürriyət, millətlərə istiqlal!

Abşeronda AĞIR QƏZA: futbolçular öldü - VİDEO

Abşeronda ölümlə nəticələnən yol qəzası olub.

Hadisə Lökbatan-Qobu yolunda qeydə alınıb.

Hüseynov Rauf Ədalət oğlunun idarə etdiyi “Toyota” markalı minik avtomobili ilə Ağaverdiyev Mais Ağahüseyn oğlunun idarə etdiyi “Qazel” markalı yük avtomobili toqquşub. Nəticədə R.Hüseynov və sərnişini Sultanov Bəhruz İlham oğlunun ölüb. Yük avtomobilinin sürücüsü M.Ağaverdiyev isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, hər iki mərhumun "Qobu" futbol klubunun oyunçuları olduğu, həmçinin Rauf Hüseynovun futbol məşqləri keçirdiyi bildirilir.//Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR