Onlayn ictimai-siyasi qəzet
Dünyanın aparıcı süni intellekt şirkətlərinin (OpenAI, Anthropic və s.) rəhbərləri yaxın 6–12 ay ərzində baş verə biləcək potensial katastrofik insidentə hazırlıq görürlər.
Musavat.com xəbər verir ki, bu barədə "Axios" nəşri mövzuya bələd olan mənbələrə istinadən xəbər yayıb.
Ekspertlərin və şirkət rəhbərlərinin qiymətləndirməsinə görə, əsas risklər sırasına bank sisteminin, internet şəbəkəsinin, elektrik və ya su təchizatı kimi kritik infrastrukturların fəaliyyətini tamamilə iflic edə biləcək miqyaslı kiberhücumlar daxildir. Süni intellekt nəhəngləri ehtiyat edirlər ki, belə bir kütləvi insident cəmiyyətdə kəskin etiraz dalğasına və sahənin sərt dövlət tənzimləməsinə tabe edilməsinə gətirib çıxaracaq.
Məhz bu səbəbdən İİ şirkətlərinin nümayəndələri artıq ABŞ qanunvericilərini məlumatlandırır və gələcək nəzarət mexanizmlərinin formalaşdırılmasına təsir göstərməyə çalışırlar. Lakin sənaye insayderləri etiraf edirlər ki, böyük bir fəlakət baş verməyənədək adekvat və hərtərəfli qanunların qəbul edilməsi ehtimalı oldukça aşağıdır.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ