Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı Bosniya və Herseqovinadan Rusiya vətəndaşları üçün viza tətbiq etməsini tələb etsə də, Bosniya serblərinin lideri Milorad Dodik buna qarşı çıxıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, M.Dodikin sözlərinə görə, ölkə daxilindəki serb nümayəndələri belə bir qərarı bloklamaq niyyətindədirlər və ruslar üçün viza rejiminin dəyişdirilməsinə razı olmayacaqlar.
O xatırladıb ki, Serbiya tərəfi əvvəllər Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlərə qarşı çıxıb və iddia etdiyi kimi, Rusiyaya qarşı sanksiyaların tətbiqinin qarşısını alıb.
“Serblər olmadan Bosniya və Herseqovina yoxdur. Serblər isə deyirlər ki, Rusiya vətəndaşları üçün viza tətbiq olunmayacaq”, - Dodik deyib.
Qeyd edək ki, Bosniya və Herseqovina vaxtilə Serbiyanın, eləcə də öz ərazisindən taşayan və separatçılıq edən serblərin aqressiyasından çox əziyyət çəkib. Onlar bir qayda olaraq həmişə Rusiyanın tərəfini tuturlar.
Musavat.com
05 Iyul 2026
04 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ