İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya məcburi hərbi xidmət modelinə keçir — yeni sistem rəsmən təsdiqləndi

Musavat.com xəbər verir ki, Almaniya hökuməti bu gün Bundesverdə çağırış sisteminin yenilənmiş modelini rəsmən təsdiqləyib və ölkə faktiki olaraq məcburi hərbi xidmət sisteminə keçidə start verib.

Yeni qaydalara əsasən, 18 yaşı tamam olan hər bir gənc üçün məcburi anket doldurulacaq. Bu anketdə gənclərin motivasiyası, xidmətə yararlılığı və hazırlıq səviyyəsi qiymətləndiriləcək.

Bununla yanaşı, 2008-ci il yanvarın 1-dən sonra doğulan bütün kişilər üçün məcburi tibbi müayinə tətbiq ediləcək. Rəsmi Berlin bu addımı Bundesverdə yaranmış ciddi kadr çatışmazlığı ilə izah edir.

Hökumət bildirib ki, əgər yenilənmiş model ordunun tələbatını tam ödəməsə, Almaniyada tam məcburi hərbi xidmətin bərpası rəsmi şəkildə gündəmə gətirilə bilər. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR