Onlayn ictimai-siyasi qəzet
Apple tarixdə bazar kapitallaşması 5 trilyon dolları keçən ikinci şirkət olub.
Musavat.com xəbər verir ki, bu barədə beynəlxalq maliyyə bazarlarının məlumatlarında bildirilir.
Bununla da Apple bir müddət əvvəl tarixdə ilk dəfə 5 trilyon dollarlıq bazar dəyərinə çatan Nvidia şirkətini geridə qoyaraq bu həddi aşan ikinci şirkət kimi tarixə düşüb.
Bazar kapitallaşması şirkətin dövriyyədə olan bütün səhmlərinin ümumi bazar dəyərini ifadə edir və investorların şirkətə verdiyi qiymətin əsas göstəricilərindən hesab olunur.
Apple və Nvidia süni intellekt texnologiyalarına yönələn böyük investisiyalar, yüksək maliyyə göstəriciləri və investor marağı sayəsində son aylarda dünya fond bazarlarında lider mövqelərini daha da möhkəmləndiriblər.
Musavat.com
04 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ