İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa liderləri Ukraynaya görə TOPLAŞIR

Aparıcı Avropa ölkələrinin liderləri dekabrın 30-da Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.

Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Polşa hökumətinin sözçüsü Adam Şlapkanın sözlərinə görə, baş nazir Donald Tusk da onların arasında olacaq.

Şlapka X-də yazıb: "Donald Tusk Avropa liderlərinin Ukrayna ilə bağlı növbəti söhbətində iştirak edəcək".

TVN24-ün məlumatına görə, Tuskdan əlavə, söhbətdə Almaniya kansleri Fridrix Merts, Danimarkanın baş naziri Mette Frederiksen, Finlandiya prezidenti Aleksandr Stubb, Fransa prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Corcio Meloni, Niderlandən baş naziri Dik Skoff, Norveç baş naziri Yonas Störenin, İsveçin baş naziri Ulf Kristersson və Böyük Britaniyanın baş naziri Kir Starmer, eləcə də Avropa Şurası və Avropa Komissiyasının rəhbərləri Antonio Koşta və Ursula fon der Lyayen iştirak edəcəklər. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR