İnsanlara hürriyət, millətlərə istiqlal!

Avstriyadan İran rəsmilərinə xəbərdarlıq: "Qaçmaq istəsəniz bizdə sığınacaq tapa bilməyəcəksiz"

Avstriyanın xarici işlər naziri Beate Meinl-Reisinger İran rəsmilərinə nümayişçilərə qarşı edilən zorakılıqla bağlı kəskin xəbərdarlıq edib.

Musavat.com bildirir ki, nazir öz “X” (əvvəlki Twitter) sosial şəbəkəsində yazıb:

“İran hakimiyyətinin dinc nümayişçilərə qarşı istifadə etdiyi qəddar zorakılığı ən kəskin şəkildə qınayıram. Avstriya bundan aydın nəticələr çıxarır. Rejim üzvləri, insan haqları pozuntularına yol verən və məsuliyyətdən qaçmağa çalışan şəxslər bizdə sığınacaq tapa bilməyəcəklər. İran vətəndaşlarının bütün viza müraciətləri səfirlik və Vyana Daxili İşlər Nazirliyi arasında sıx əlaqədə ən diqqətlə nəzərdən keçiriləcək” .

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR