İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlıların həlak olduğu gəmi BELƏ VURULUB - ŞOK VİDEO

Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı, "Madyar" ləqəbi ilə tanınan Robert Brovdi Azov dənizindəki gəmilərə endirilən zərbənin Ukrayna tərəfindən həyata keçirildiyini təsdiqləyib.

Musavat.com xəbər verir ki, komandan bununla bağlı hücum anının video görüntülərini də paylaşıb.

Məlumata görə, sözügedən hərbi əməliyyat nəticəsində gəmidə olan Azərbaycan vətəndaşları həlak olub. Hadisənin təfərrüatları və itkilərlə bağlı araşdırmalar davam edir.

Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi iki xarici yük gəmisinə dron hücumları nəticəsində beş Azərbaycan vətəndaşının öldüyünü təsdiqləyib.

@@TVmusavat/148107@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR