İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda dəhşətli hadisə: Qadın pəncərə silərkən yıxıldı - VİDEO

Bakının Yasamal rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Musavat.com xəbər verir ki, Yeni Yasamal rayonunda, Dadaş Bünyadzadə küçəsində yaşayan qadın yaşadığı mənzilin pəncərəsini silərkən hündürlükdən yıxılıb.

Hadisə şahidlərinin sözlərinə görə, qadın pəncərənin çöl hissəsini təmizlədiyi zaman müvazinətini itirib və yerə düşüb.

Ağır xəsarətlər alan qadın hadisə yerində həyatını itirib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Musavat.com



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR