Onlayn ictimai-siyasi qəzet
Bakıda tozlu hava şəraiti müşahidə olunur.
Musavat.com xəbər verir ki, avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, hazırda Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 1,2-1,3 dəfə çoxdur.
Məlumata görə, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakter daşıyır. Tozlu hava cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.
Qeyd olunub ki, meteoroloji vəziyyətdən asılı olaraq tozlu hava şəraitinin iki gün ərzində davam edəcəyi gözlənilir.
14 Oktyabr 2026
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ