İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazirdən tarixi etiraf – “Rusiya olmasaydı, Gürcüstan yox olacaqdı”

Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkəsinin 1783-cü ildə Rusiya imperiyasının himayəsinə keçməsinin Gürcüstanın bir millət kimi mövcudluğunu qorumasına imkan verdiyini bildirib.

Musavat.com xəbər verir ki, Kobaxidze Georgiyevsk traktatının Gürcüstan tarixindəki rolundan danışıb.

“Biz o zaman yox olmaq təhlükəsi ilə üz-üzə idik. 1783-cü ildə Georgiyevsk traktatının imzalanması ilə prinsipial fayda əldə etdik. Bu gün Gürcüstan xristian dəyərlərinə, milli köklərə və ənənəvi Avropa mədəniyyətinə əsaslanan özünəməxsus ölkədir”, – deyə baş nazir bildirib.

Qeyd edək ki, 1783-cü il iyulun 24-də Şərqi Gürcüstanın Rusiya imperiyasının himayəsinə keçməsini nəzərdə tutan Georgiyevsk traktatı imzalanıb.

Saziş Georgiyevskdə Rusiya general-anşefi Pavel Potyomkin və gürcü knyazları İvane Baqration-Muxranski və Qarsevan Çavçavadze tərəfindən imzalanıb. Rusiya ilə Kartli-Kaxetiya çarlığı arasındakı müqavilə 1784-cü il yanvarın 24-də qüvvəyə minib.

Müqaviləyə əsasən, Kartli-Kaxetiya çarı II İrakli Rusiyanın “ali hakimiyyətini və himayəsini” tanıyırdı. Rusiya isə öz növbəsində II İraklinin və onun varislərinin hakimiyyəti altında olan ərazilərin bütövlüyünün qorunmasına təminat verirdi.

Kartli-Kaxetiya çarlığı xarici siyasətini yalnız Rusiya ilə razılaşdırdıqdan sonra həyata keçirməyi öhdəsinə götürürdü. Daxili məsələlərdə isə çarlığın muxtariyyəti saxlanılırdı.

Traktat Rusiya və Gürcüstan kilsələri arasındakı münasibətləri də tənzimləyirdi. Bundan başqa, rus və gürcü zadəganları və tacirlərinin hüquqi statusunun bərabərləşdirilməsi nəzərdə tutulurdu. Gürcülərə Rusiyaya sərbəst gedib-gəlmək və orada məskunlaşmaq hüququ verilirdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR