İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bavi" tayfunu səbəbindən 178 min ailə işıqsız qaldı

Tayvanda "Bavi" qasırğasının fəsadları səbəbindən 177 400-dən çox ailə işıqsız qalıb.

Bunu "Focus Taiwan"n son məlumatları göstərir.

Tayfunla əlaqəli hadisələrdə 87 nəfər xəsarət alıb. Bununla yanaşı, ağır xəsarət alanlar barədə məlumat verilmir.

Adanın aviasiya orqanlarının məlumatına görə, fırtına səbəbindən son iki gündə təxminən 1 200 daxili, beynəlxalq və tranzit uçuş ləğv edilib. Həmçinin qonşu adalara və Çinin materik hissəsinə bərə xidməti də müvəqqəti dayandırılıb.

Təhlükəli ərazilərdən 14 000-dən çox insan təxliyə edilib ki, bunların 5 000 nəfərdən çoxu - Hualyan qraflığından olub.

Meteoroloqların məlumatına görə, 50 m/s-ə qədər külək və güclü yağışla müşayiət olunan "Bavi" 1987-ci ildən bəri Tayvanda tüğyan edən ən güclü qasırğa ola bilər. Qasırğanın iyulun 11-də axşam və ya iyulun 12-də səhər tezdən adadan geri çəkiləcəyi proqnozlaşdırılır./Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR