İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir dəfə quyruğuna basdınızsa... pişiklərin daha bir özəlliyi üzə çıxdı

Pişiklərin yaddaşı ilə bağlı aparılan araşdırmalar onların xoşagəlməz hadisələri uzun müddət xatırlaya bildiyini göstərib.

Musavat.com xəbər verir ki, alimlərin qənaətinə görə, pişiklər bəzi mənfi təcrübələri və onlarda narahatlıq yaradan hadisələri uzun illər yadda saxlaya bilir.

Mütəxəssislər hesab edirlər ki, ev heyvanları onlara qarşı kobud davranışı, qorxu yaradan vəziyyətləri və ya ağrı ilə əlaqələndirdikləri hadisələri uzun müddət unutmurlar. Bu səbəbdən bəzi pişiklərin sahiblərinə qarşı zaman-zaman ehtiyatlı və ya soyuq münasibət göstərməsi məhz keçmiş təcrübələrlə bağlı ola bilər.

Araşdırma pişiklərin emosional yaddaşının düşündüyümüzdən daha güclü olduğunu bir daha ortaya qoyub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR