Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyada yaşayan 44 yaşlı Valdet Bujupi üçün adi bir ailə gəzintisi gözlənilməz şəkildə taleyüklü sonluqla bitib.
Musavat.com xəbər verir ki, üç yaşlı qızının şirniyyat almaq üçün etdiyi israrlı xahiş atanın yolunu mağazaya salıb və məhz həmin anda alınan lotereya bileti ailəyə təxminən 700 min dollar qazandırıb.
Valdet Bujupi bildirib ki, qızı bir neçə dəfə “ata, zəhmət olmasa” deyərək şirniyyat istəsə də, o əvvəlcə razılaşmayıb. “Üçüncü xahişdən sonra təslim oldum və mağazaya girdik”, – deyə o xatırlayıb. Kassada isə tamamilə təsadüfən lotereya bileti alıb.
Qısa müddət sonra məlum olub ki, alınan bilet uduşlu çıxıb. Təxminən 700 min dollar qazanan ata bu sevincli xəbəri əvvəlcə evdə olan həyat yoldaşı ilə bölüşüb. Daha sonra ailə qazancı 12 yaşlı oğullarına da deyib, lakin uşaq uzun müddət bunun sadəcə zarafat olduğunu düşünüb.
Ailə əldə etdikləri pulla səyahət etməyi, daha geniş evə köçməyi planlaşdırır. Məbləğin bir hissəsinin isə Kosovoda yaşayan anaya göndəriləcəyi bildirilir.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ