İnsanlara hürriyət, millətlərə istiqlal!

Blinken: ABŞ və Aİ Gürcüstana qarşı xarici agentlər haqqında qanuna görə tədbir görəcək

ABŞ və Avropa İttifaqı Gürcüstana qarşı xarici agentlər haqqında qanun layihəsinə görə tədbir görməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Antoni Blinken bildirib.

O, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin iclasında Gürcüstanda baxılan qanun layihəsini şərh edərkən deyib: "Biz buna cavab olaraq nə edə biləcəyimizi çox diqqətlə nəzərdən keçiririk".

Blinkenin sözlərinə görə, Aİ Gürcüstanda bu qanunun qəbulunun ölkənin birliyə qoşulmasına təsirini öyrənir və müvafiq tədbirlər planlaşdırır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR