İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliya prezidenti Trampla danışmaq istəyir

Braziliya prezidenti Luis İnasio Lula da Silva ABŞ prezidenti Donald Trampla Braziliya mallarına tətbiq edilən ABŞ tariflərinin yenidən nəzərdən keçirilməsi üçün telefon danışığı aparmağa hazırlaşır.

Musavat.com xəbər verir ki, məlumatı mənbələrə istinadən CNN yayıb.

Mənbələrə görə, Braziliya lideri tariflərin yenidən baxılması ilə bağlı danışıqları sürətləndirmək niyyətindədir. Daha əvvəl, 12 noyabrda Braziliya xarici işlər naziri Mauro Vieyra və ABŞ dövlət katibi Marko Rubio ilə görüş keçirmək barədə razılığa gəliblər. Danışıqlar bu gün Vaşinqtonda keçiriləcək.

ABŞ avqust ayında Braziliya mallarına tariflər tətbiq edib. Braziliya prezidenti buna cavab verəcəyinə söz versə də, sonradan tariflərin müzakirələr yolu ilə azaldılmasına qərar verib. Oktyabr ayında iki lider Malayziyada Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının sammiti çərçivəsində görüşüblər. Görüşdən sonra Lula da Silva görüşdən məmnunluğunu ifadə edərək, bunun Braziliya ilə ABŞ arasında geniş əlaqələrin bərpası üçün təməl qoya biləcəyini deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR