Onlayn ictimai-siyasi qəzet
Bred Pitt “Bir zamanlar... Hollivudda” filmindəki məşhur Kliff But obrazına qayıdır.
Musavat.com xəbər verir ki, yeni ekran işi tamaşaçıları bu dəfə 1977-ci ilin Hollivuduna aparacaq. Netflix filmin ilk treylerini yayımlayıb.
“The Further Mis-Adventures of Cliff Booth” adlanan filmin ssenarisini Kventin Tarantino yazıb, rejissoru isə Devid Finçerdir.
Hadisələr “Bir zamanlar... Hollivudda” filmində baş verənlərdən səkkiz il sonra – 1977-ci ildə cərəyan edir. Keçmiş kaskadyor Kliff But hələ də kino və şou-biznes çevrələrindədir. Lakin bu dəfə onun işi Hollivud kinostudiyalarından birinin qarşılaşdığı müxtəlif problemləri həll etməkdir.
Beləliklə, Bred Pitt Tarantinonun yaratdığı ən məşhur obrazlardan birini illər sonra yenidən ekrana qaytarır. Tarantinonun ssenarisi ilə Finçerin rejissorluğunun bir araya gəlməsi də layihəyə marağı artıran əsas məqamlardan biridir.
Filmin dünya premyerası noyabrın 25-də baş tutacaq.
Musavat.com
14 Oktyabr 2026
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ