İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gündən COP29 iştirakçıları üçün vahid onlayn rezervasiya sistemi istifadəyə verilir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gələcək qonaqlar üçün bu gündən vahid onlayn rezervasiya sistemi istifadəyə verilir.

"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova Agentlik tərəfindən COP29 zamanı xarici qonaqların yerləşdirilməsi və turizm imkanlarının təqdimatı mövzusunda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, rezervasiya sistemi əvvəlki COP tədbirlərində tərəfdaş olan beynəlxalq şirkət tərəfindən hazırlanıb: "Hazırda sistemə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən 100-dən çox ulduz təsnifatlı hotellər, bir sıra yerləşmə kompleksləri daxildir. Yerləşmə obyektlərinə qiymətlərin təyin olmasında sahibkarlar müstəqil qərar veriblər".

Qeyd edək ki, vahid onlayn rezervasiya sistemi bu gün saat 17:00-da işlək vəziyyətdə olacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR