Onlayn ictimai-siyasi qəzet
Ukrayna ilə müharibə Şimali Koreyaya rekord mənfəət gətirib.
Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, Kim Çen In rejimi dörd il ərzində 22 milyard dollara qədər qazanc əldə edib.
Agentliyin hesablamalarına görə, tammiqyaslı müharibənin başlanğıcından bəri Şimali Koreya valyuta gəlirlərini təxminən dörd dəfə artırıb. Əsas mənbələr Rusiyaya silah satışı, kiberhücumlar, kriptovalyuta oğurluğu və Çinlə ticarətin artmasından əldə edilib.
Bloomberg Economics hesablamalarına görə, təkcə Moskva ilə hərbi əməkdaşlıq Pxenyana təxminən 14 milyard dollar qazandıra bilərdi. KXDR bu vəsaitlərdən nüvə proqramının, hərbi gücünün və yeni silahların istehsalını sürətləndirmək üçün istifadə edir.
Ekspertlər qeyd edirlər ki, Şimali Koreya hazırda onilliklər ərzində ən güclü maliyyə vəziyyətindədir və beynəlxalq sanksiyalar artıq rejimə eyni təzyiq göstərmir.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ