Onlayn ictimai-siyasi qəzet
Donbass və Zaporojye istiqamətlərində hərbi əməliyyatların miqyası genişlənir, tərəflər arasında şiddətli döyüşlər davam edir. Rusiya Silahlı Qüvvələrinin Slavyansk-Kramatorsk istiqamətində strateji əhəmiyyətli mövqeləri ələ keçirdiyi bildirilir.
Musavat.com xəbər verir ki, "Deep State" analitik resursunun məlumatına görə, Rusiya bölmələri Bondarnoye kəndini nəzarətə götürüb və Nikiforovka rayonu istiqamətində irəliləməyə nail olublar.
Eyni zamanda cəbhənin digər sektorunda vəziyyət fərqli məcrada inkişaf edir. Ukrayna tərəfi Zaporojye vilayətində Rusiyanın hücum cəhdinin qarşısını aldıqlarını bəyan edib:
"Ukrayna qüvvələri Zaporojye vilayətinin Primorskoye və Lukyanovskoye rayonlarında Rusiya bölmələrinin həyata keçirdiyi sıçrayışın və irəliləmə cəhdinin ləğv edildiyini bildiriblər".
Hazırda hər iki istiqamətdə mövqe döyüşlərinin davam etdiyi və tərəflərin itkilər verdiyi gələn xəbərlər arasındadır. Analitiklər bildirirlər ki, Rusiya qüvvələri Donbasda irəliləməklə Ukraynanın müdafiə xəttini yarmağa çalışır, Ukrayna isə Zaporojyedə əks-həmlələrlə düşməni geri oturtmağa çalışır.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ