Onlayn ictimai-siyasi qəzet
Çexiya parlamentinin aşağı palatasının yeni seçilmiş spikeri Tomio Okamura binadan Ukrayna bayrağını endirib.
Musavat.com xəbər verir ki, Ukrayna bayrağı parlament binasında 2022-ci ildən asılmışdı.
Bayrağın endirilməsi Okamuranın spiker kimi atdığı ilk addımlardan biri olub. “Bu, müəyyən bir simvoldur. Ukrayna bayrağı mənim göstərişimlə binadan endirildi və bu, cəmi bir neçə saniyə çəkdi”, – deyə o bildirib.
Okamura bayrağın endirilməsini əks etdirən videonu X sosial platformasında paylaşıb. Onun bu addımı Çexiya ictimaiyyətində birmənalı qarşılanmayıb.
Ölkənin sabiq vitse-premyeri Marian Yureçka sosial şəbəkədə Okamuranı sərt tənqid edib:
“Siz acınacaqlı bir insansınız – parlamentdəki fəaliyyətinizə Ukrayna bayrağını endirməklə başladınız. Nəhayət, parlament binası bu ‘təhlükəli parça’dan qurtuldu, hansı ki, həmrəyliyi, cəsarəti, yardımı və Avropa dəyərlərini simvolizə edirdi. Siz hər gün bu bayraq uğrunda ölən qadınların, kişilərin, uşaqların və əsgərlərin xatirəsini təhqir etdiniz”.
Musavat.com
30 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ