Onlayn ictimai-siyasi qəzet
Çində avtomobil satışlarının kəskin azalması Almaniyanın aparıcı avtomobil istehsalçılarını ciddi addımlar atmağa məcbur edir.
Musavat.com xəbər verir ki, SVTV-nin məlumatına görə, BMW cari ilin ikinci rübündə Çində avtomobil satışlarının ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz azalmasından sonra 8 min iş yerini ixtisar edəcək. İxtisarlar ilk növbədə Almaniyadakı əməkdaşlara təsir göstərəcək.
BMW bu addımı atan yeganə Alman avtomobil istehsalçısı deyil. Daha əvvəl Porsche ötən il ixtisar etdiyi 3,9 min nəfərə əlavə olaraq daha 5 min əməkdaşını işdən çıxarmağı planlaşdırdığını açıqlayıb.
Daha genişmiqyaslı plan isə Volkswagen-ə məxsusdur. Şirkət 100 min əməkdaşını ixtisar etməyi nəzərdə tutur.
Hər üç avtomobil istehsalçısı uzun illər əsas inkişaf bazarlarından biri hesab edilən Çində satışların durğunlaşması fonunda daxili bazarda işçi sayını azaltmağa və xərcləri optimallaşdırmağa çalışır.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ