İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2026: 1/16 final mərhələsinin bütün cütləri müəyyənləşib

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsinin bütün cütləri müəyyənləşib.

"Report" xəbər verir ki, bu raundda üz-üzə gələcək bütün komandaların adlarına J qrupunun matçlarından sonra aydınlıq gəlib.

Bununla da turnirin 1/16 final mərhələsinin bütün cütləri rəsmən bəlli olub.

Pley-off mərhələsində aşağıdakı qarşılaşmalar keçiriləcək:

28 iyun

23:00. Cənubi Afrika Respublikası – Kanada

29 iyun

21:00. Braziliya – Yaponiya

30 iyun

00:30. Almaniya – Paraqvay

05:00. Niderland – Mərakeş

21:00. Fildişi Sahili – Norveç

1 iyul

01:00. Fransa – İsveç

05:00. Meksika – Ekvador

20:00. İngiltərə – Konqo Demokratik Respublikası

2 iyul

00:00. Belçika – Seneqal

04:00. ABŞ – Bosniya və Herseqovina

23:00. İspaniya – Avstriya

3 iyul

03:00. Portuqaliya – Xorvatiya

07:00. İsveçrə – Əlcəzair

22:00. Avstraliya – Misir

4 iyul

02:00. Argentina – Kabo Verde

05:30. Kolumbiya – Qana

Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi dünya çempionatı 19 iyul tarixində başa çatacaq. Pley-off mərhələsinə hər qrupdan ilk iki yeri tutan komandalarla yanaşı, üçüncü yeri tutan ən yaxşı səkkiz yığma da vəsiqə qazanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR