İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2026: Paraqvay Almaniyanı penaltilərlə uddu - VİDEO

DÇ-2026-nın 1/16 final mərhələsində Almaniya və Paraqvay milli komandaları arasında keçirilən gərgin qarşılaşmanın qalibi penaltilər seriyasında müəyyənləşib.

Musavat.com xəbər verir ki, oyunun əsas vaxtı və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Matçda Almaniyanın qolunu 54-cü dəqiqədə Kai Haverts, Paraqvayın qolunu isə 42-ci dəqiqədə Xulio Ensiso vurub.

Qalibi müəyyənləşdirmək üçün təyin olunan penaltilər seriyasında Paraqvay daha dəqiq oynayaraq 4:3 hesabı ilə qalib gəlib və DÇ-2026-nın 1/8 final mərhələsinə yüksəlib.

Beləliklə, turnirin favoritlərindən sayılan Almaniya mundialla erkən vidalaşıb, Paraqvay isə növbəti mərhələyə adını yazdırıb.

***

Dünya Çempionatının pley-off mərhələsində Almaniya və Paraqvay milliləri qarşılaşır.

Matçın əsas vaxtı bərabərliklə başa çatdığı üçün komandalar qalibi müəyyənləşdirmək üçün əlavə vaxt hissələrini oynayırlar. Birinci əlavə vaxtın sonlarında – 103-cü dəqiqədə Almaniya millisi Conatan Tanın (J. Tah) vurduğu qolla hesabda önə keçib.

Lakin baş hakim qoldan əvvəl qayda pozuntusu qeydə alaraq topu ləğv edib və hesabı dəyişməz saxlayıb.

Hazırda oyunda əlavə vaxt davam edir və hesab 1:1-dir. Komandalar növbəti mərhələyə yüksəlmək üçün mübarizəni sürdürürlər.

***

DÇ-2026-nın 1/16 final mərhələsində keçirilən Almaniya – Paraqvay qarşılaşmasında ikinci qol vurulub.

Musavat.com xəbər verir ki, görüşün 54-cü dəqiqəsində Kai Haverts fərqlənərək Almaniya millisinin hesabı bərabərləşdirməsinə nail olub.

Beləliklə, hazırda oyunda hesab Almaniya 1:1 Paraqvaydır. İlk qolu isə 42-ci dəqiqədə Paraqvay millisinin heyətində Xulio Ensiso vurmuşdu.

***

DÇ-2026-nın 1/16 final mərhələsində keçirilən Almaniya – Paraqvay qarşılaşmasında hesab açılıb.

Musavat.com xəbər verir ki, görüşün 42-ci dəqiqəsində Xulio Ensiso (Julio Enciso) fərqlənərək Paraqvay millisini hesabda önə keçirib.

Beləliklə, hazırda oyunda hesab Almaniya 0:1 Paraqvaydır.

00:30***

DÇ-2026-nın 1/16 final mərhələsində Almaniya və Paraqvay milli komandaları arasında oyun başlayıb.

Musavat.com xəbər verir ki, komandalar 1/8 finala yüksəlmək uğrunda mübarizəyə start veriblər.

Almaniya mundialın favoritlərindən biri kimi növbəti mərhələyə vəsiqə qazanmağa çalışır. Paraqvay isə güclü rəqibi mübarizədən kənarlaşdıraraq turnirin əsas sürprizlərindən birinə çevrilməyi hədəfləyir.

Qarşılaşma Bakı vaxtı ilə saat 00:30-da start götürüb. Musavat.com oyunda baş verən əsas hadisələri operativ şəkildə təqdim edəcək. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2026

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR