İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2026: Belçika və İran qolsuz heç-heçə etdi

İlk yayın vaxtı 23:00

Musavat.com xəbər verir ki, futbol üzrə dünya çempionatında G qrupunun II turu çərçivəsində Belçika və İran yığmaları qarşılaşıb.

Los-Anceles stadionunda keçirilən matçda hesab açılmayıb. Görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Belçika yığması qarşılaşmanı 10 nəfərlə tamamlayıb. Avropa təmsilçisinin futbolçusu Natan Nqoy 66-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, G qrupunun digər oyununda saat 05:00-da Yeni Zelandiya və Misir yığmaları üz-üzə gələcək.

 

 

***

Musavat.com xəbər verir ki, futbol üzrə dünya çempionatının G qrupunun II turunda Belçika və İran yığmaları arasında keçirilən qarşılaşmada hesab hələ də açılmayıb.

Los-Anceles stadionunda baş tutan matçın ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb. Fasilədən sonra başlayan ikinci hissədə komandalar qələbə qolu üçün mübarizəni davam etdirirlər.

Görüşün 67-ci dəqiqəsində Belçika yığması ciddi itki ilə üzləşib. Komandanın futbolçusu N. Ngoy birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb və belçikalılar matçın qalan hissəsini azlıqda keçirməli olublar.

Hazırda qarşılaşmada hesab dəyişməyib – 0:0. Qrupdan çıxmaq baxımından böyük əhəmiyyət daşıyan oyunu argentinalı FIFA referisi Dario Errera idarə edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2026

24 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR