İnsanlara hürriyət, millətlərə istiqlal!

"Demokratiya TV"-nin rəhbəri həbs edildi

"Demokratiya TV" internet kanalının rəhbəri həbs edilib.

Musavat.com Oxu.az-a istinadla xəbər verir ki, Tərtər rayon sakini Arif Paşayev vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilib.

Məlumata görə, o, Tərtər Su-Meliorasiya sistemlərinin istismarı idarəsinin rəis müavini və rayonun digər vəzifəli şəxsləri barədə rüsvayedici məlumatlar yaymaqla onların əmlaklarını ələ keçirməkdə ittiham olunub. A.Paşayev barəsində daxil olan şikayət əsasında polis əməkdaşları araşdırmalara başlayıb, keçirilən tədbirlərlə o, saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə A.Paşayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İş üzrə 8 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR