İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatın kitabı təqdim edildi - FOTO

Bu gün Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovun müəllifi olduğu "Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: Ənənəvi enerjidən "Yaşıl enerji"yə keçid" adlı kitabının təqdimat mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilən təqdimat mərasimində Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, media orqanları rəhbərləri, alimlər iştirak ediblər.

Mərkəzin icraçı direktoru, professor Vüsal Qasımlı kitab haqqında ətraflı məlumat verib, kitabın vaxtında yazılmış müasir dövr üçün ən vacib sahəyə həsr olunan əsər olduğunu bildirib. Çıxış edən digər natiqlər də Elman Nəsirovun yazdığı kitabın mükəmməl elmi əsər olduğunu qeyd ediblər.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR