İnsanlara hürriyət, millətlərə istiqlal!

Donetsk cəbhəsində ŞOK HADİSƏ: 250-dən çox Rusiya hərbçisi Ukrayna ordusuna təslim oldu!

Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətində apardığı gərgin döyüşlər zamanı 250-dən çox Rusiya hərbçisi Ukrayna tərəfinə təslim olub. Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Üçüncü Ordu Korpusunun komandiri Andrey Biletski rəsmi açıqlama verib.

Biletskinin sözlərinə görə, təslim olan Rusiya hərbçiləri arasında yüksək rütbəli zabitlər, hərbi pilotlar və artilleriyaçılar da var. Komandir həmçinin keçirilən uğurlu əməliyyatlar nəticəsində Donetsk istiqamətində üç yaşayış məntəqəsinin Rusiya qüvvələrindən tam təmizlənərək azad edildiyini də təsdiqləyib.

Ukrayna tərəfinin bu bəyanatı cəbhənin Donetsk istiqamətində döyüşlərin dinamikasında ciddi dəyişikliklərin baş verdiyini və Rusiya bölmələrində canlı qüvvə itkiləri ilə yanaşı, şəxsi heyətin təslim olma hallarının artdığını göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR