İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dost gəlişi bayram olar” sözünün şəkilləri

Bu şəkilləri “Yeni Müsavat ”media qrupunun Özbəkistanın paytaxtı Daşkənddə beynəlxalq mediaforumda iştirak edən əməkdaşı Xalid Kazımlı çəkib.

Onun sözlərinə görə, 3 gündür ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı Daşkəndin elə bir küçə və prospekti yoxdur ki, onun yol ayrıclarında Azərbaycanın dövlət bayraqları asılmasın, Prezident İlham Əliyevin portretləri böyük elektron lövhələrdə nümayiş etdirilməsin.

4588ddd0-32e0-438f-a454-a0728c144634.jpeg (133 KB)

“Bəzi yerlərdə Azərbaycanın dövlət başçısının portretləri tək, bəzi yerlərdə isə Özbəkistanın lideri Şavkat Mirziyoyevlə birlikdə görünür. Dövlət bayrağımız də Özbəkistan dövlət payraqları birlikdə, demək olar ki, bütün küçələrdə nümayiş olunur. Onu da qeyd edim ki, Daşkənddə iri prospektlər 30-dan çoxdur və onların hamısında Azərbaycana aid atributlar görmək xoşdur. İki il əvvəl bu günlər də eləydi. O zaman da Azərbaycan Prezidenti Daşkəndə gəlmişdi və şəhərdə bənzər mənzərə yaranmışdı”, - əməkdaşımız qeyd edir.

WhatsApp Image 2026-08-25 at 06.56.29.jpeg (76 KB)

X.Kazımlı bildirir ki, dost-qardaş ölkənin mətbuatında Azərbaycan prezidentinin Özbəkistana səfəri geniş işıqlandırılır: Ölkənin rəngli formatda çıxan bütün aparıcı qəzetlərinin manşetində İlham Əliyevlə Şavkat Mirziyoyevin şəkilləri və çıxışlarından sitatlar verilir”.

qazeta.JPG (66 KB)

Əməkdaşımızın sözlərinə görə, ictimaiyyət arasında da Özbəkistan və Azərbaycan dövlətlərinin dostluq-qardaşlığına, xalqların doğmalaşmasına ciddi önəm verir, yaxınlaşma prosesinin intensivləşməsindən məmnunluq ifadə edir, bunun hər iki ölkənin faydasına olacağına ümidlər bəsləyirlər.

P.S. Yuxarıda şəkillər gecənin qaranlığında və hərəkətdə olan avtobusdan çəkilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR