Onlayn ictimai-siyasi qəzet
"Hazırda Dubaydan Bakıya yalnız "FlyDubai" uçuş həyata keçirir. Dünən səhər saatlarında bir təyyarə sağ-salamat getdi, şükür. Saat 18:15-də qalxmalı olan təyyarə hələ də Dubaydadır. Adamlar artıq təyyarənin içində idilər və qalxmağını gözləyirdilər. Yəqin ki, Dubayda ABŞ konsulluğuna dron zərbəsindən sonra vəziyyət bir az qarışıb. Adamları artıq təyyarədən düşürüblər. Təyyarədə nasazlıq adıyla. İnşallah bu gecə yola düşərlər".
Musavat.com xəbər verir ki, bu sözləri aktyor Elcan Rəsulov sosial şəbəkədə yazıb. Hazırda Dubayda olan Elcan İranın raket hücumlarına görə, çox sayda insanın evinə qayıda bilmədiyini bildirib. O qeyd edib ki, insanların uçuşları ləğv olunsa da, qalmaları üçün heç bir yardım edilmir.
"Qayıtmaq bileti olan hamının son ümidi "FlyDubai" reysləridir. Hamı kimi mən də o reyslərin birinə bilet almışam. Bu gedişatla o reyslər də ləğv olunmasa yaxşıdır. Fakt bu dəqiqə Elçin adında həmyerlimiz parkda skamyanın üstündə gecələyir".
Könül
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ