İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya çempionatından qayıtdıqdan günlər sonra ŞOK ölüm

"Mamelodi Sandauns" və Cənubi Afrika Respublikası (CAR) millisinin yarımmüdafiəçisi Ceyden Adams 25 yaşında vəfat edib.

Futbolçunun ölüm səbəbləri açıqlanmayıb.

C.Adams hazırda davam edən DÇ-2026-da CAR millisinin heyətində çıxış edib. O, qrup mərhələsində hər üç oyunun iştirakçısı olub, 1/16 finalda Kanadaya qarşı matçda (0:1) isə meydana çıxmayıb.

Adams millinin heyətində ümumilikdə 9 görüş keçirib və 1 qol vurub. O, "Stellenbos" klubunun yetirməsidir, "Mamelodi Sandauns"a 2025-ci ildə keçib. 2025/2026 mövsümündə komandasının tərkibində Afrika Çempionlar Liqasının qalibi olub. (Report)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR