Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Euronews Azərbaycanın milli mətbəxinə həsr olunmuş reportaj hazırlayıb. Reportajda ölkənin ən məşhur ənənəvi yeməklərindən olan düşbərə və gürzədən bəhs edilir.
Müəllif qeyd edir ki, Azərbaycanda düşbərə və gürzə milli mətbəxdə xüsusi yer tutur. Bildirilir ki, miniatür ölçülü düşbərə ət içliyi ilə hazırlanan xırda kündələrdən ibarətdir və ənənəvi olaraq ətirli bulyonla süfrəyə verilir.
Reportajda vurğulanır ki, gürzə isə daha iri ölçüsü və ilanı xatırladan hörmə bükümü ilə seçilir.
Müəllifin sözlərinə görə, bu yeməklərin tərkibi sadə olsa da, hazırlanması böyük ustalıq və səbir tələb edir. Onların bükülmə sirləri isə nəsildən-nəslə ötürülərək bu günə qədər qorunub saxlanılır.
Musavat.com
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ