Onlayn ictimai-siyasi qəzet
Yaponiyada banklardan biri yeni doğulan körpələr üçün qeyri-adi ödəniş proqramına başlayıb.
Musavat.com xəbər verir ki, yeni qaydaya əsasən, körpə nə qədər ağır doğularsa, onun bank hesabına bir o qədər çox pul köçürüləcək.
Yaponiyanın Miyaqi prefekturasında fəaliyyət göstərən “Sendai Bank” oktyabrın 1-dən etibarən yeni doğulan uşaqlar üçün xüsusi kampaniya həyata keçirir.
Proqrama əsasən, körpənin adına ilk bank hesabı açıldıqda onun doğum çəkisinin hər qramına görə bir yen hesablanaraq hesaba pul köçürülür.
Məsələn, 3250 qram çəkidə doğulan körpənin hesabına 3250 yen, yəni təxminən 20 ABŞ dolları yatırılır. Beləliklə, daha ağır doğulan uşaqlar daha yüksək məbləğdə ödəniş alırlar.
Maraqlıdır ki, bu təşəbbüs bank əməkdaşlarından birinin təklifi əsasında həyata keçirilib. Məqsəd gənc ailələri banka cəlb etmək və uşaqlar böyüdükcə onların həmin bankın müştərisi olaraq qalmasını təmin etməkdir.
Bank mümkün saxtakarlıqların qarşısını almaq üçün xüsusi yoxlama mexanizmi də tətbiq edib. Körpənin çəkisi valideynlərin təqdim etdiyi məlumat əsasında deyil, ana və uşağın rəsmi sağlamlıq kitabçasındakı göstəricilərə uyğun müəyyənləşdirilir.
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ