İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfqanıstanda qızıl mədəni davası - Bədəxşanda silahlı toqquşmalar baş verib

11 avqust axşamı Əfqanıstanın Tacikistanla həmsərhəd olan şimal-şərqi Bədəxşan əyalətində “Taliban” qüvvələri ilə komandir Cuma Xan Fatihlə əlaqəli qruplar arasında toqquşmalar baş verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, toqquşmalar Nusay əyalətinin Şahdərə və Xoqız rayonlarında baş verib. “Taliban” qüvvələrinin Fatihin komandanlığı altında olan şəxslərə hücum etdiyi bildirilir.

Bədəxşandakı “Taliban” administrasiyasının binasının yaxınlığındakı bir nəzarət məntəqəsinə iki raket atılıb, atışma başlayıb. Ölənlər və yaralananlar barədə rəsmi məlumat yoxdur, lakin yerli mənbələr hər iki tərəfin itki verdiyini iddia edirlər.

“Afghanistan International” bildirir ki, “Taliban” hakimiyyətə gəldikdən sonra əsas siyasi, hərbi və iqtisadi vəzifələri Qəndəhara yaxın məmurlara ötürməklə Bədəxşandakı yerli “Taliban”ın təsirini zəiflətməyə çalışıblar. Qızıl mədənləri və onlardan gələn gəlirlər üzərində nəzarət münaqişənin əsas mənbəyinə çevrilib. Yerli “taliban”çılar kadr dəyişikliklərini, komandirlərin həbslərini və mədənlərin kənar şəxslərə verilməsini öz təsir dairələrini məhdudlaşdırmaq cəhdi kimi görür.

Cuma Xan Fatih ilə “Taliban” rəhbərliyi arasında son aylarda mədənçiliklə bağlı münaqişə daha da kəskinləşib. “Taliban” lideri Heybətullah Axundzadə əvvəllər qanunsuz mədənçiliyin dayandırılması barədə fərman verib. Mənbələr bildirirlər ki, bu fərman Fatihlə əlaqəli iqtisadi fəaliyyətə mənfi təsir göstərib.

Bölgədə təhlükəsizlik vəziyyəti hazırda qeyri-sabit olaraq qalır: İŞİD-Xorasan “Taliban” nümayəndələrinə hücum etməyə davam edir və “Taliban” əleyhinə qruplar bir neçə rayonda fəaliyyət göstərir.

İyulun sonunda Əfqanıstan mediası “Taliban”ın Bədəxşana əlavə qüvvələr göndərdiyini və son həftələrdə fəaliyyəti xeyli artan silahlı müxalifət qruplarına qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlaşdığını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR